Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Tələbələrimiz qədim kəndin qazıntılarında iştirak edir

Tələbələrimiz qədim kəndin qazıntılarında iştirak edir

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun təşkil etdiyi, Tarix elmləri doktoru Vəfa Mahmudovanın rəhbərliyi altında Cəlilabad rayonunun Cəfərxanlı kəndi ərazisində yerləşən Paşatəpə abidəsində arxeoloji qazıntılar aparılır.

Yeni başlanmış qazıntı zamanı neolit dövrünə aid yaşayış məskəni olmuş məhəllələr aşkar edilmişdir. Qərbi Kaspi Universitetinin “Tarix” ixtisasının II kurs tələbələrinin arxeoloji qazıntılarda iştirakı davam edir. “Arxeologiya” fənnindən nəzəri biliklər əldə edən II kurs tələbələri nəzəri biliklərdən sonra praktik olaraq proseslə tanış olur, qazıntıda iştirak edir, müxtəlif artefaktlar tapır,onları təmizləyərək çeşidləyirlər.

Qərbi Kaspi Universitetinin tələbələrin çöl təcrübəsində iştirakını təşkil etməkdə əsas məqsədlərdən biri də köməkçi fənn olan “Arxeologiya” elminə maraq yaratmaq və gələcəkdə bu sahədə mütəxəssislər yetişdirməkdir.

Tələbələrin istər “Arxeologiya”, istərsə “Etnoqrafiya” üzrə qruplarla çöl təcrübəsində iştirakı davam edəcək.