Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Tələbələrimizin Minaaxtaran və Kəşfiyyat Maşını layihəsi maraqla qarşılanıb

Tələbələrimizin Minaaxtaran və Kəşfiyyat Maşını layihəsi maraqla qarşılanıb

Qərbi Kaspi Universiteti "ADEX 2024” Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib. Tələbələrimizin universitetin Texnoparkında hazırladıqları elektrikli və uzaq məsafədən idarə olunan avtonom Minaaxtaran və Kəşfiyyat Maşını layihəsi böyük marağa səbəb olub.

Qeyd edək ki, Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov da Qərbi Kaspi Universitetinin stendi ilə tanış olub.

Nazirə tələbələrin universitetin Texnoparkında hazırladıqları və sərgiyə çıxardıqları layihə barədə məlumat verilib.

Xatərladaq ki, universitetimizin stendində təqdim olunan elektrikli və uzaq məsafədən idarə olunan avtonom Minaaxtaran və Kəşfiyyat Maşını layihəsi xüsusilə insan həyatına təhlükə yarada biləcək ərazilərdə mina axtarma, kamikadze əməliyyatını icra edən pilotsuz uçuş aparatları vasitəsi ilə eyni zamanda kəşfiyyat xarakterli əməliyyatların icrasında da istifadə üçün nəzərdə tutulmuşdur.