Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Tələbəmiz təltif olunub

Tələbəmiz təltif olunub

Qərbi Kaspi Universitetinin Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbinin 3-cü kurs biologiya ixtisasının tələbəsi Minarə Kərimli universitetlərarası olimpiadada iştirak edib və sertifikatla təltif olunub.

Qeyd edək ki, Bakı Dövlət Universitetin ali məktəb tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə və BDU-nun 105 illik yubileyinə həsr olunmuş fizika, riyaziyyat, kimya, biologiya və coğrafiya fənləri üzrə respublika olimpiadasında 16 universitetdən 400-dən çox tələbə iştirak edib.