Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

5 tələbəmiz işlə təmin olunacaq

Qərbi Kaspi Universitetində “Neptun" Supermarketlər Şəbəkəsi ilə birgə tələbələr üçün seminar təşkil edilib. Şirkətin İşə qəbul və Təlim Şöbəsinin rəhbəri Cavidan Quluzadənin apardığı seminarda tələbələrə müasir əmək bazarının tələbləri, iş axtaranlar üçün prioritetlər barədə məlumatlar verilib. 

Görüşün sonunda şirkətdə hazırda təcrübə keçən tələbələrimizdən 5 nəfərin işlə təmin olunacağı bildirildi.