Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Xarici tələbələrimiz işğaldan azad olunmuş ərazilərdə olublar

Azərbaycanın 16 ali təhsil müəsissəsinin 31 ölkəni təmsil edən 40 əcnəbi tələbəsinin və nümayəndə heyətinin işğaldan azad olunmuş Füzuli və Cəbrayıl rayonlarına səfəri təşkil olunub.

Səfərdə Qərbi Kaspi Universitetinin xarici ölkələrdən olan tələbələri də iştirak ediblər.

Səfər iştirakçıları işğaldan azad olunmuş ərazilərdə şərti mina partlayışını izləyib, Füzulidə qədim məscid, qəzet redaksiyası, hərbi hissə, köhnə qəbiristanlıq və şəhər dağıntılarını ziyarət ediblər.

Cəbrayılda isə Xudafərin körpüsü, su elektrik stansiyası, "Dostluq bulağı", "Qədim çinar" yay kinoteatrı, şəhər qəbiristanlığı və şəhər dağıntılarına baş çəkib, erməni vandalizminin izləri ilə tanış olublar.