Qərbi Kaspi Universiteti

Müsabiqə sona çatdı: Almaniyada təhsil alacaq tələbələrimiz müəyyənləşdi

Mart ayının 29-da Qərbi Kaspi Universiteti tərəfindən növbəti semesterdə Erasmus+ təqaüdü ilə Almaniyanın Şmalkalden Universitetində təhsil almaq üçün elan olunan açıq müsabiqə başa çatıb. Açıq şəkildə keçirilən seçim mərhələsində qaliblərin seçilməsində seçim komitəsi tərəfindən 3 meyardan istifadə olunub: tələbələrin akademik göstəriciləri, tələbələrin ingilis dili bilikləri və tələbələrin sosial fəallığı.

Müsabiqənin yekunlarına əsasən İstehlak mallarının ekspertizası və marketinqi ixtisasları üzrə təhsil alan 2-ci kurs tələbələri Kamilə Məmmədzadə və Aliyə Quliyeva qalib seçiliblər. Hər iki tələbəmiz 2020/21-ci təhsil ilinin qış semesterində təhsillərini Erasmus+ proqramı çərçivəsində Almaniyanın Şmalkalden Universitetində davam etdirəcəklər. Təhsil müddəti 4 ayı əhatə edəcək və hər ay ərzində tələbələrə yaşayış xərclərini qarşılamaq üçün 850 avro dəyərində təqaüd veriləcək, həmçinin tələbənin səyahət xərcləri də Erasmus+ proqram tərəfindən qarşılanacaq.  

Qərbi Kaspi Universiteti tələbələrinin mübadilə proqramları çərçivəsində təhsillərini xaricdə davam etdirmələri üçün daim səylərini davam etdirir.

Növbəti müsabiqələr barəsində məlumat almaq üçün səhifəmizi izləyin, sualınız olarsa administration_iro@wcu.edu.az email ünvanına yazıb göndərə bilərsiniz