Qərbi Kaspi Universiteti

Voleybol komandamız II oldu

Voleybol komandamız II oldu

Qərbi Kaspi Universitetinin voleybol komandası Vətən Müharibəsi şəhidi Murad Məmmədovun xatirəsinə həsr edilmiş tələbə qızlar arasında Nərimanov rayonu üzrə keçirilən voleybol turnirində iştirak edib.

8 komandanın iştirak etdiyi turnirdə Qərbi Kaspi Universitetinin qızlardan ibarət komandası II yerə layiq görülüb.

Turnirin sonunda qalib komandalara şəhid ailəsinin iştirakı ilə müvafiq dərəcəli diplom və medallar təqdim olunub.