Qərbi Kaspi Universiteti

Tədqiqatlar

Ürək tutmasının qarşısının alınmasında hörümçəkdən istifadə edilir

Aparılan bir araşdırmada, tədqiqatçılar, dünyanın ən ölümcül hörümçəyi olan huni hörümçəyindən hazırlanan bir dərmanın ürək tutması müalicəsi və ürək nəqli üçün müsbət nəticələr verə biləcəyini vəd ediblər.

Queensland Universitetinin və Ürək Tədqiqat İnstitutunun rəhbərlik etdiyi tədqiqatçılar, Fraser adasında huni zəhərindən tapılan Hi1a adlı bir zülalla, ürək tutmasına məruz qalan bir şəxs üzərində müşahidə aparıblar.

Məqalənin müəllifi Natan Palpant deyir: "Ürək tutmasından sonra ürəkdə qan axını azalır, bu da ürək əzələsində oksigen çatışmazlığına gətirib çıxarır."

"Oksigenin olmaması hüceyrə mühitinin asidik olmasına gətirib çıxarır ki, bu da ürək hüceyrələrinin ölümünə səbəb olur."

"Hörümçək zəhərindən olan Hi1a zülalı ürəkdə turşu hiss edən ion kanallarını bağlayaraq, hüceyrə ölümünü azaldır və ürək hüceyrələrinin sağ qalma qabiliyyətini yaxşılaşdırır. Bu da ölüm riskinin azalmasına gətirib çıxarır. "

Zülal insan toxumalarında sınaqdan keçirildiyi halda, canlı insanlar üzərində yoxlanılmamışdır. Hazırda tədqiqatçılar, koma şəraitində yaşayan insanların ürək xəstəlikləri üçün klinik sınaqlar keçirməyi hədəfləyir.

https://cosmosmagazine.com/health/medicine/could-spider-venom-save-your-life-from-heart-attack/?utm_source=Cosmos+-+Master+Mailing+List&utm_campaign=bbb3c962f6-RSS_EMAIL_CAMPAIGN&utm_medium=email&utm_term=0_3f5c04479a-bbb3c962f6-180897712&mc_cid=bbb3c962f6&mc_eid=95c84f3760