Qərbi Kaspi Universiteti

Müəllimlər

İqtisadiyyat Məktəbi

Murad Hacıyev

(QKU doktorant)

İqtisadiyyat giriş, Azərbaycan iqtisadiyyatı, İqtisadiyyatın tənzimlənməsi, Beynəlxalq iqtisadi münasibətlər.

+994 12 565 39 77

murad_haciyev@wcu.edu.az

Murad Hacıyev 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın Dövlət Tənzimlənməsi ixtisasını bitirmişdir. 2004-2008-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Xaricdə Təhsil-Dövlət Proqramı” çərçivəsində Türkiyə Cumhuriyyətində magistr təhsili almışdır. 2004-2005-ci illərdə İstanbul Universitetində TÖMER, 2005-2008-ci illərdə Marmara Universitetində İktisat Politikası magistr proqramını üzrə “1991 yılından günümüze Azerbaycan Merkez Bankası ve uyguladığı para politikaları” mövzusunda diplom işini müdafiə etmişdir. 2009-2016-cı illər arası bank, menecer, gömrük brokeri, maliyyə auditi kimi müxtəlif işlərdə çalışmışdır. 2017-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu “İqtisadiyyatın dövlət tənzimlənməsinin metodoloji və ekonometrik problemləri” şöbəsində kiçik elmi işçi kimi çalışmışdır. 2017-ci ilin sentyabr ayından Qərbi Kaspi Universiteti İqtisadiyyat Məktəbində müəllim kimi çalışır. 2018-ci ildən Azərbaycan Turizm və Menecment Universitetində saathesabı müəllim olaraq çalışır.

Elmi nəşrlər:

M.Z.Hacıyev 2017-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondunun “Gənc alimlər və maliyyə savadlılığı” birgə mükafat müsabiqəsinin qalibi olmuşdur. Azərbaycanda və xaricdə nəşr olunmuş 11 elmi əsərin (məqalə və tezis) müəllifidir. Hazırda Qərbi Kaspi Universitetinin dissertantıdır. Universitetdə “Makroiqtisadiyyat”, “İqtisadiyyatın tənzimlənməsi”, “Dünya İqtisadiyyatı”, “Beynəlxalq İqtisadi münasibətlər”, “Azərbaycan İqtisadiyyatı”, “İqtisadiyyata Giriş” və digər fənləri tədris edir.

  1. AMEA İqtisadiyyat İnstitutu “Elmi Əsərlər” jurnalı. 2017-ci il 1-ci № - si  “Maliyyə savadlılığının insanların maliyyə davranışına təsiri” məqalə
  2. Sumqayıt Dövlət Universiteti “Elmi xəbələr” məcmuəsi “Davamli və rəqabətqabiliyyətli iqtisadi inkişaf: texnologiyalar və innovasiya” məqalə
  3. Qərbi Kaspi Universiteti "Elmi Xəbərlər” jurnalı 2017-ci il 3-cü № - si “Qanunvericilikdəki dəyişikliklərlə lisenziyalaşdirma indeksi arasinda əlaqə” məqalə
  4. Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Bakı Dövlət Universitetinin Doktorantlar və gənc tədqiqatçıların XXI respublika elmi konfransı üçün tezis-“Azərbaycanda lisenziyalaşdırmanın tənzimlənməsi  problemləri”
  5. Qərbi Kaspi Universiteti "Elmi Xəbərlər” jurnalı 2018-ci il 1-ci № - si “Səhiyyə maarifliliyi və dövlətin səhiyyə xərcləri” məqalə
  6. Azərbaycanda pul siyasəti, qiymət sabitliyi və iqtisadi inkişaf. Məqalə. “İqtisadi Artim və İctimai Rifah” Mövzusunda Beynəlxalq elmi-praktik konfrans materialları. AMEA İqtisadiyyat İnstitutu 60 il və Qərbi Kaspi Universiteti "Elmi Xəbərlər” jurnalı 2018-ci il 3-cü № si
  7. Dəyişən neft qiymətlərinin Azərbaycanda makroiqtisadi göstəricilər üzərindəki təsirləri. Məqalə. Azərbaycan Turizm və Menecment Universiteti "MÜSARİR DÖVRDƏ İDARƏETMƏPROBLEMLƏRİ" mövzusunda elmi-praktiki konfrans materialları.
  8. Strateji yol xəritəsində pul-kredit siyasəti, Tezis, Qərbi Kaspi Universiteti. “Dağlar: Mədəniyyətlər, Landşaftlar və Biomüxtəliflik” adlı beynəlxalq elmi-praktiki konfrans.
  9. Pul-kredit siyasətinin transmissiya mexanizmləri. Məqalə. AMEA İqtisadiyyat İnstitutu “Elmi Əsərlər” jurnalı. 2019-cu il 6-cı № si
  10. Qlobal iqtisadi böhranlar şəraitində pul siyasəti. Məqalə. Azərbaycan Turizm və Menecment Universiteti “Turizm və qonaqpərvərliktədqiqatları” jurnalı 2020-ci il 1-ci № si
  11. The Role Of Energy In Sustainability Economic Growth. Thesis. 1st International Scientific and Practical Internet Conference. (28-29 May 2020). WayScience. UKRAİNA.