Qərbi Kaspi Universiteti

Müəllimlər

Tətbiqi və Təbiət Elmləri Məktəbi

Zöhrə Məmmədova

Heyvanlar aləmi, Biologiya

+994 12 565 39 74

zohra.mammadova@wcu.edu.az

Tətbiqi və təbiət elmləri kafedrasının müəllimi, tədris şöbəsinin metodisti

Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar:

Məmmədova Zöhrə İsa qızı 8  avqust 1965-ci il Qubada anadan olmuşdur. 1982-ci ildə Quba rayonu 1 nömrəli məktəbi bitirmişdir. 1984-1989-cu illər Bakı Dövlət  Universitetinin Biologiya fakültəsində təhsil almış, bioloq, biologiya və kimya müəllimi ixtisaslarına yiyələnmişdir.

1990-1991-ci illərdə AMEA nəznində “Biotex” Elmi İstehsalat Birliyində - baş laborant, 1991 – 1997 illərdə  AMEA nəznində Molekulyar Biologiya və Biotexnologiya İnstitutunda biologiya  üzrə mütəxəssis kimi çalışmışdır.

1997 - 1998 illərdə A.Qarayev adına Fiziologiya İnstitutunda mütəxəssis kimi çalışmışdır.

1998 – 2007 illərdə “Caspian Travel Agency” şirkətində satış üzrə baş mütəxəssis  kimi çalışmışdır.

2007 – 2019 illərdə ADRA nəzdində İncəsənət kollecində biologiya, kimya müəllimi kimi, eyni zamanda 2011 – 2018 illərdə ADRA nəzdində İncəsənət kollecində tədris şöbəsinin müdürü kimi çalışmışdır.

2019-cu ildən Qərbi Kaspi Universiteti “Təbiət elmləri” kafedrasının müəllimi, tədris hissəsinin metodistidir.

 

2014–“Smart Technologies” şirkəti tərəfindən təşkil edilmiş Məktəb müəllimləri və təhsil müəssisələrinin işçiləri üşün “Dymo/Mimio İnteraktiv Texnologiyaları ilə tədris” təlim kursunu bitirdiyinə görə sertifikat.

Yanvar-2015 - Biologiya fənn kurikulumun tətbiqi ilə əlaqədar Təhsil Texnologiyaları Mərkəzində təşkil olunmuş “Öyrədənlərin öyrədəni” kursu üzrə təlimçi sertifikatı.

İyul-2015  Təhsil problemləri İnstitutu və Avropa “Satyua Sai” təhsil institutunun birgə təşkil etdiyi müəllimlərin professionallığının artırılması üzrə “Beynəlxalq insan dəyərləri”nə həsr olunmuş seminarda iştirakına görə sertifikat.

Mart-2016 -Təhsil Siyasəti və Tədqiqatı Forumu - ADA Universiteti – dinləyici

x