Beynəlxalq Yaz Mühazirələri çərçivəsində növbəti qonağımız - SELVANUR ÇAPÇI
Qərbi Kaspi Universitetinin Beynəlxalq Yaz Mühazirələri davam edir.
Selvanur Çapçı İstanbul Kültür Universitetinin Uşaq İnkişafı Departamentinin müəllimidir.
Selvanur Çapçı elmi və pedaqoji fəaliyyətlə yanaşı milli və beynəlxalq könüllülük layihələrinin koordinatoru kimi çalışıb. Onun uşaq ədəbiyyatı, uşaq kitabxanaçılığı, multikultural təhsil yanaşmaları, erkən uşaqlıq təhsilində keyfiyyət və qeyri-formal öyrənmə mövzularında tədqiqatları var. Selvanur Çapçı Ankara Universitetində doktorantura təhsilini davam etdirir və məktəbəqədər yaşlı uşaqların sosial-emosional inkişafını dəstəkləmək üçün tədqiqatlar aparır.
Mühazirə tarixləri və mövzuları:
13 may, saat 15:50 – Təlim proqramının ümumi mövzuları
14 may, saat 10:20 – Sosial emosional öyrənmə: əsas nəzəriyyələr və yanaşmalar
14 may, saat 12:00 – Sosial emosional öyrənmədə CASEL modeli
15 may, saat 14:00 – Sosial emosional öyrənmənin həyata keçirilməsi
Mühazirələr ictimaiyyət üçün açıqdır.