Qərbi Kaspi Universiteti

Tur Heyerdal Ekspozisiya

Tur Heyerdal Ekspozisiya Muzeyi

Qərbi Kaspi Universitetinin fəxri professoru Tur Heyerdala həsr olunmuş Mini Sərgi Mərkəzi

12-20 may 2014-cü il tarixində keçirilmiş Tur Heyerdalın 100 illiyinə həsr olunmuş Film Festivalı çərçivəsində sərgi otağının rəsmi açılışı olmuşdur. Hal-hazırda Universitetin əsas binasının ikinci mərtəbəsində yerləşən mərkəz alimin sənədli filmləri, qəzet və jurnal məqalələri, ekspedisiyaları haqqında kitablar, bəziləri Tur Heyerdalın özü tərəfindən yazılmış xatirələr, əl yazılı açıqcalar, möhtəşəm səyahətlərindən şəkillər, eləcə də Azərbaycana səfərləri zamanı çəkilmiş fotoların daxil olduğu arxiv materiallarından ibarətdir.

Tur Heyerdalın aşağıda adları qeyd olunmuş kitabları Qərbi Kaspi Universiteti tərəfindən Azərbaycan dilinə tərcümə olunmuşdur.

  1. Kon-Tiki səyahəti
  2. Ra ekspedisiyası
  3. Tədqiqatlar silsiləsi I-IX Kitab

Qərbi Kaspi Universitetinin fəxri professoru Tur Heyerdal insanların miqrasiyası haqqında nəzəriyyəsini aydınlaşdırmaq üçün nəhəng okeanlarda sadə sal və qayıqlarda üzərək elmi təfəkkürə meydan oxuyan dünya miqyaslı tədqiqatçı, arxeoloq və etnoqraf olmuşdur. Heyerdal həyatının əsas üç prinsipini belə izah edirdi: təbiətlə harmoniyada olub onu qorumaq, elm dünyasında öz izini qoymaq və bəşəriyyətin əsas birliyini öz konsepsiyası üzərində qurmaq.

Qərbi Kaspi Universiteti Mini Sərgi Mərkəzinin yaranmasında göstərdiyi böyük köməyə görə "Azerbaijan İnternational Magazine” jurnalının redaktoru Betti Bleyerə dərin minnətdarlığını bildirir.

Tur Heyerdalın xanımı Ceklin Beers tərəfindən Qərbi Kaspi Universitetinə edilmiş hədiyyələr

Replika modellər:

Solda: Kon-Tiki Ekspedisiyası (1947) zamanı balza ağacından düzəldilmiş sal

Sağda: Ra Ekspedisiyası zamanı (1969-1970) istifadə olunmuş qamış qayıq Ra II

Mərkəz hissədə orijinal gəmilərdən xatirə parçalar yer alır:

  1. Kon-Tiki salından balza taxtası (yuxarıda)

  2. Qamış qayıq Ra II-dən papirus (aşağıda)

  3. Heyerdalın büstü

  4. Heyerdalın arxeoloji tədqiqatlar apardığı Rusiyanın Azov bölgəsinin qədim xəritəsi

 

Qeyd edək ki, muzeydə “Azerbaijan International” tərəfindən hazırlanmış iki dilli (ingilis və azərbaycan dillərində) kitablar da yer alır:

Kon-Tiki və Betti Bleyer. "Mətn və İllüstrasiyalar: Erik Hesselberq". Azerbaijan International. Los Anceles və Bakı: 2012. ISBN 978-0-9654388-5-8. WCU Kitab VII.

Tur Heyerdal. "Sərhədləri aşaraq, dənizləri aşaraq Azərbaycanla əlaqələr". Azerbaijan International. Los Anceles və Bakı: 2011. ISBN 978-0-9654388-2-7. WCU Kitab VII.

 

The Reader´s digest ("Oxucu xülasəsi”)

1947-ci ilin noyabrında "Kon-Tiki” ekspedisiyasından sonra jurnalda nəşr olunmuş məqalə tədqiqatçının özü tərəfindən yazılmış və okeanda salda keçirmiş olduğu dörd ayını təsvir etmişdir.

 

Xatirə markalar

Qobustanın şəkli əks olunmuş xüsusi poçt markalar 1999-cu ildə Tur Heyerdalın da fəxri qonaq kimi iştirak etdiyi Statoil şirkətinin Azərbaycanda yeni ofisinin açılışı münasibətilə şirkət tərəfindən sifariş edilmişdir.

Qovluq Heyerdalın Qobustanda çəkilmiş şəkli (1994-cü ildən) və Skandinaviya əhalisinin (ən azından bir qisim) Qafqaz ərazisindən gəlib məskunlaşanlardan ibarət olduğu ideyasını irəli sürən Odin nəzəriyyəsini əks etdirən mətndən ibarətdir.

Bu qovluq suvenir kimi dəvət olunmuş qonaqlara paylanılıb, 1997-ci ildən İlk Gün Zərfi və Qobustan motivləri əks olunmuş markalardan ibarət olmuşdur. Markalar Qobustanın şərəfinə istehsal olunmuşdur. 2007-ci ildə Qobustan UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilib.

26 avqust 1947 ci il tarixli Taiti markalı İlk Gün Zərfi

Bu zərfin özünəməxsus tarixi var. Norveçdə çap olunmuş 2000 zərfdən biridir və 101 gün boyunca davam edən təxminən 5000 millik məsafəni əhatə edən Kon-Tiki səyahəti boyunca su keçirməyən qutuda saxlanılmışdır. Rəsm Erik Heselberq tərəfindən çəkilmişdir. Hekayəyə görə bu ideya ekipaj üzvlərinin ağlına bütün hazırlıqlardan sonra gəlmişdi və demək olar ki səyahət hazırlıqları üçün pulları qalmamışdı. Bu səbəbdən yalnız 2000 nüsxə çap edə bilmişdilər. Bu xüsusi zərfi Erik Hesselberq (Kon-Tiki ekspedisiyasının ekipaj üzvü) ona verilmiş Polineziyalı ad Tane Materau ismindən istifadə edərək özünə göndərmişdir. Zərflərin çoxu Kon-Tiki salı Osloya (Norveç) qayıdarkən geri verilmişdir. 1971-ci ildə Kon-Tiki muzeyi yaradılarkən hələ də həyatda olan ekipaj üzvləri (onlardan beşi) bir yerə toplaşdı. Tapılmış zərflər qalan ekipaj üzvləri arasında paylandı. Bu zərf Erik Hesselberqin qızı Anne-Karin Hesselberq tərəfindən Betti Bleyer vasitəsilə Qərb Universitetinin Heyerdal mini kolleksiyası üçün xüsusi hədiyyə edilmişdir.

 

Digər xatirə əşyalar

Pasxa adasında Heyerdalın poçt kartı. Arxa hissəsində Heyerdalın 1995-ci ildə yazdığı əl yazısı var: "Həqiqət üzərində qurulanı heç kim alt-üst edə bilməz”

Peruda Lima yaxınlığında Kon-Tiki salının yola düşdüyü Kalyao limanındakı əsas meydanın əksi olan poçt kartı. (28 Aprel, 1947).

1950 və ya 1960-cı illərə aid balza ağacından uşaqlar üçün düzəldilmiş Kon-Tiki salının oyuncaq dəsti. Yığılmamış vəziyyətdədir. Uşaqlar üçün balza ağacından oyuncaq qayıqların istehsal olunması Tur Heyerdalın insanların təsəvvüründə necə məşhur biri olduğunun sübutudur. 

Oyuncaq dəsti Norveçin Ottar Lilleengen Nygard şirkəti tərəfindən hazırlanıb.

Tur Heyerdalın Qafaqaza olan marağı onun 1981-ci ilin avqustunda Azərbaycana ilk səfərindən qaynaqlanmışdır. Həmin səfərə aid fotoşəkillər.

Heyerdalı Azərbaycana Milli Elmlər Akademiyası tərəfindən maliyyələşdirilən səfər çərçivəsində Həsən Əliyev dəvət etmişdi. Azərbaycan və Skandinaviya arasında qədim əlaqələrin ola bilmə fikrini də Tur Heyerdala o təlqin etmişdi.

Tur Heyerdalın Odin axtarışında

Azərbaycan və Skandinaviya arasında qədim əlaqələr?

Odin nəzəriyyəsinin yaranmasında Tur Heyerdal Azərbaycandakı roma yazılarından, yer adlarından və petroqliflərdən ilhamlanmış, orta əsrlərdə islandiyalı müəllif Snorri Sturluson tərəfindən yazılmış "Norveç krallarının salnamə”sində isə o nəzəriyyəsinin təsdiqini tapmışdı.

Odin nəzəriyyəsi əsasən miqrasiya ilə bağlı nəzəriyyədir.

Skandinaviya mifologiyasından Snorri Sturlusonun müəllifi olduğu "Edda” əsərinin surətinin fotoşəkli:

Səh 43: Bu abzas Tur Heyerdalın Azərbaycan və Skandinaviya arasında əlaqələrin ola bilməsi haqqında düşünməsinə səbəb olmuşdur.

Snorrinin bu mətni 1995-ci ildə Los Ancelesde Kaliforniya universitetində (UCLA) tapılmışdır.

Betti Bleyer, Azerbaijan İnternational jurnalının redaktoru

"Professor Kitzelin gözəl hekayələri” 1970-cı illərin əvvəllərində yayımlanmış maarrifləndirici animasiya serialı idi. Shamus Culhane tərəfindən Krantz Film üçün istehsal olunmuş bu proqram tarixi və mədəni hadisələr haqqında tamaşaçıları məlumatlandıran klip, animasiya və şərhlərdən ibarət idi.

16mm kino lenti: Prof. Kitzelin Tur Heyerdal haqqında maarifləndirici animasiya filmi, 1972-ci il. Bu Tur Heyerdalın necə məşhur olduğunun daha bir göstəricisidir (Betti Bleyer).