Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

"Bir vərəq-Bir yarpaq" layihəsi TƏLİMÇİ hazırlığına start ve

"Bir vərəq-Bir yarpaq" layihəsi TƏLİMÇİ hazırlığına start ve

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Qərbi Kaspi Universitetinin tərəfdaşlığı ilə təşkil olunan "Bir vərəq-Bir yarpaq" layihəsi TƏLİMÇİ hazırlığına start verir.
Siz də kağız israfçılığının azaldılması, təbiətimizin qorunması, yaşıllıqların bərpası məqsədilə keçirilən bu layihədə iştirak etmək istəyirsinizsə, bizə qoşulun!
Şərtlər:
Təbiət elmləri ixtisasında təhsil alanlar
Nitq və təqdimetmə qabiliyyəti olanlar
3 gün ərzində keçirilən təlimdə iştirak edən və müsabiqədən keçən şəxslər layihə çərçivəsində orta təhsil məktəblərində və digər müəssisələrdə cari mövzu ilə bağlı maarifləndirmə işi aparacaqlar.
✓ Təlimdə tam iştirak edən hər kəsə Sertifikat veriləcək.
✓ Müsabiqədən keçən və maarifləndirmə işində iştirak edənlərə həvəsləndirici mükafatlar təqdim olunacaq.
Təlimdə iştirak ÖDƏNİŞSİZDİR.
Son tarix: 25 noyabr 2022.