Dövlət Proqramı təqaüdçüsü Qərbi Kaspi Universitetində mühazirə keçib
Dövlət Proqramı çərçivəsində Birləşmiş Krallığın nüfuzlu ali təhsil ocaqlarından biri olan Svensi Universitetində (Swansea University) hüquq üzrə fəlsəfə doktorluğu proqramında təhsil alan Ruslan Əsədov Qərbi Kaspi Universitetinin tələbə və akademik heyətinə mühazirə keçib. Qərbi Kaspi Universitetində magistratura təhsilini tamamlamış mühazirəçi “Data Müşahidəsi: Anlayışlar, əsas subyektlər və dövlət mexanizmləri” mövzusunda çıxış edib.
Ruslan Əsədov mühazirədə data müşahidəsi anlayışının hüquqi və sosial əhəmiyyətinə, əsas maraqlı tərəflərə və bu sahədə dövlət tərəfindən həyata keçirilən mexanizmlərə geniş nəzər salıb. Xüsusilə, data müşahidəsinin qanuni çərçivələrinin əhəmiyyəti, dövlətin informasiya təhlükəsizliyi ilə bağlı öhdəlikləri və data məxfiliyinin təmin edilməsində əsaslı faktorların rolu vurğulanıb. Ruslan Əsədov mövzuya dair geniş nəzəri biliklərlə yanaşı, Birləşmiş Krallıqda tətbiq edilən praktiki təcrübələrdən də nümunələr gətirərək iştirakçıların suallarını cavablandırıb.