Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Əziz «Kim? Harada? Necə?» intellektual oyununu sevənlər!

Əziz «Kim? Harada? Necə? » intellektual oyununu sevənlər!

Qərbi Kaspi Universitetinin tələbələrini və abituriyentləri «Kim? Harada? Necə?»oyununda iştirak etməyə dəvət edirik. 

Əgər siz:

-Qərbi Kaspi Universitetinin tələbəsisinizsə;

-9-10 və ya 11-ci sinif şagirdisinizsə;

-«Kim? Harada? Necə? » oyununu sevirsinisizsə;

-Televiziyalarda nümayiş etdirilən intellektual oyunlarda sualları cavablandırmağı sevisinizsə;

-Məşhur dairəvi stolun arxasında oturub «Kim? Harada? Necə?» intellektual oyununun atmosferini hiss etmək istəyirsinizsə.

Biz sizi gözləyirik!

  1. Turnir «Kim? Harada? Necə? » teleoyununun qaydalarına uyğun olaraq bir neçə komanda arasında aparılır.
  2. Oyuna 5 nəfərlik komanda və ya fərdi şəkildə qoşulmaq olar. Fərdi şəkildə qoşulduğunuz zaman sizin kimi qoşulan digər oyunçulardan ibarət komanda yaradılacaq.
  3. Oyun online şəkildə təşkil olunacaq.
  4. Qalibləri mükafatlar və müxtəlif hədiyyələr gözləyir.

Oyunda iştirak üçün qeydiyyat vərəqini doldurmalısınız.

Qeydiyyat 20 may tarixinədək aparılacaq. Əlavə suallar üçün layihənin chtoqdekoqda@wcu.edu.azmail ünvanına müraciət edə bilərsiniz.

Sizə uğurlar arzulayırıq!