Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

KOMANDAMIZ QALİB OLDU!

KOMANDAMIZ QALİB OLDU!

Qərbi Kaspi Universitetinin komandası "Product owner marafonu"nda ("Məhsul sahibi marafonu") qalib olub.
“PAŞA Bank” və startapların Azərbaycanda böyüməsinə və beynəlxalq bazara çıxmasına kömək edən intensiv akselerasiya mərkəzi olan SUP VC-nin təşkilatçılığı ilə 4 həftə boyunca davam edən marafon məhsul yarışı formatında keçirilib. İştirakçılar məhsul sahibi adını qazanmaq üçün yarışıblar.
7 universitetdən 14 komandanın qatıldığı yarışda iştirakçılar startap ideyası üzərində işləyib və Qərbi Kaspi Universitetinin komandası final mərhələsinə adlayıb. Bu mərhələdə də uğurlu çıxışını davam etdirən tələbələrimiz birinci yerə layiq görülüb. Qeyd edək ki, komandanın mentoru Qərbi Kaspi Universitetinin müəllimi, Proqramlaşdırma və informasiya təhlükəsizliyi kafedrasının müdiri Fariz Həsənlidir.