Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Qərbi Kaspi Universitetində beynəlxalq elmi-praktik iclas keçirilib

Qərbi Kaspi Universitetində beynəlxalq elmi-praktik iclas keçirilib

Noyabrın 7-də  Qərbi Kaspi Universitetinin Siyasi və ictimai elmlər məktəbinin  professor-müəllim heyəti və tələbələrin iştirakı ilə Tavriçeski Beynəlxalq Gənclər Diskussiya Klubunun “MDB-də seçkilərin beynəlxalq müşahidəsinin 30 illiyi: Təcrübə və praktik nəticələr” mövzusunda beynəlxalq elmi-praktik iclas keçirilib.

 

Klubun iclasını Demokratiyanın, Parlamentarizmin İnkişafının və MDB Ölkələri Parlamentlərarası Assambleyasına üzv dövlətlərin vətəndaşlarının seçki hüquqlarına əməl olunmasının monitorinqi üzrə Beynəlxalq İnstitut təşkil edib. İclas “KİV və onların seçicilərdə seçki və referendum institutuna etimadının formalaşmasına təsiri: Gənclərin baxışı” mövzusu ətrafında baş tutub.

 

Tədbirdə MDB-yə üzv dövlətlərin ali məktəblərinin müəllim və tələbələri ilə yanaşı, Qərbi Kaspi Universitetinin Politologiya  və beynəlxalq münasibətlər kafedrasının müəllimləri və Siyasi və ictimai  elmlər məktəbinin tələbələri iştirak ediblər.