Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Qərbi Kaspi Universitetində QİÇS-lə mübarizə gününə həsr olunmuş seminar keçirilib

Qərbi Kaspi Universitetində QİÇS-lə mübarizə gününə həsr olunmuş seminar keçirilib

Qərbi Kaspi Universitetində QİÇS-lə mübarizə gününə həsr olunmuş seminar keçirilib

1 dekabr - Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) ilə mübarizə günü münasibətilə Qərbi Kaspi Universitetinin Təbiət elmləri kafedrasının müəllimi, biologiya üzrə fəlsəfə doktoru Natəvan Kərəmovanın rəhbərliyi ilə “STOP AIDS” mövzusunda elmi seminar təşkil olunub.

 

Seminarda Biologiya ixtisası üzrə təhsil alan tələbələr QİÇS-in törədicisi olan İnsan İmmunçatışmazlığı Virusu (HIV), onun ötürülmə yolları, müalicə metodları və qorunma tədbirləri barədə ətraflı təqdimatlar ediblər. Tələbələr virusun yayılmasının qarşısını almaq üçün maarifləndirmənin vacibliyini vurğulayıb, həmçinin müasir müalicə metodları və qoruyucu vasitələr barədə məlumatları tədbir iştirakçıları ilə bölüşüblər.

 

Seminarda Təbiət elmləri və Ekologiya və ətraf mühit kafedralarının müəllimləri, universitetin elm şöbəsinin əməkdaşları və tələbələr iştirak edib. Tədbir zamanı həm elmi biliklərin artırılması, həm də sağlam həyat tərzinin təbliği istiqamətində geniş fikir mübadiləsi aparılıb.