Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Qərbi Kaspi Universitetinə qəbul olan tələbələrin nəzərinə!

Qərbi Kaspi Universitetinə qəbul olan tələbələrin nəzərinə!

Nəzərinizə çatdırmaq istəyirik ki, abituriyentlər (həmçinin subbakalavrlar) tələbə adının rəsmiləşdirilməsi üçün 28 avqust – 6 sentyabr 2024-cü il tarixlərində saat 18.00-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

 Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin (həmçinin subbakalavrın) müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

 Portal qeydiyyatı üçün tələb olunan sənədlərin siyahısı

- Orta təhsil haqqında attestat

- Diplomun və ona əlavənin surəti (subbakalavrlar üçün)

- Subbakalavr dərəcəsi verilməsi haqqında arayış (cari ilin məzunları üçün)

- Şəxsiyyət vəsiqəsi

- Hərbi bilet yaxud təhkim şəhadətnaməsi (oğlanlar üçün)

 Universitetə təqdim ediləcək sənədlərin siyahısı

- Orta təhsil haqqında attestatın əsli

- Diplomun və ona əlavənin əsli (subbakalavrlar üçün)

- Subbakalavr dərəcəsi verilməsi haqqında arayış (cari ilin məzunları üçün)

- Şəxsiyyət vəsiqəsinin surəti (2 ədəd)

- Hərbi bilet yaxud təhkim şəhadətnaməsinin surəti (oğlanlar üçün)

- 3x4 ölçüdə rəngli şəkil ( 6 ədəd)

- İmtiyazlı statusu təsdiq edən sənədlər

 İmtiyazlı statusda olan tələbələr

- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş; Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş; Hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladlarının təhsil haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

- Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərin təhsil müddəti ərzində təhsil haqqı 2023/2024-cü tədris ilindən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi təhsil xərcləri miqdarında dövlət büdcəsi vəsaiti hesabına ödənilir.

- “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununa əsasən, şəhid ailəsinin üzvlərinin təhsil haqqı tam miqdarda dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

- Hər iki valideynini itirmiş; valideyn himayəsindən məhrum olmuş yaxud bir valideyni vəfat etmiş və o biri valideyni I yaxud II qrup əlil olan 23 yaşınadək tələbələrin təhsi haqqı tam miqdarda dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

- I və II dərəcə əlilliyi olan şəxslər, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı tam miqdarda dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

 Qeydiyyat, sənədlər və ödənişlə bağlı daha ətraflı məlumat üçün (+994 12) 492 61 63 nömrəli telefonlar ilə əlaqə saxlaya bilərsiniz.

 Ünvan: Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İstiqlaliyyət 31

 QEYD: Portalda qeydiyyatdan keçməkdə çətinlik yaşayanlar, universitetə yaxınlaşıb, dəstək təşəbbüsündən yararlana bilərsiniz.