Qərbi Kaspi Universitetinin İqtisadi Tədqiqatlar Mərkəzinin fəaliyyəti İHA-da işıqlandırılıb
Qərbi Kaspi Universitetinin İqtisadi Tədqiqatlar Mərkəzinin (Economic Research Center) fəaliyyəti Türkiyənin “İhlas”
xəbər agentliyində (İHA) işıqlandırılıb.
Mərkəzin direktoru professor Cem İşık Qərbi Kaspi Universiteti və Türkiyə universitetləri ilə birgə aparılan elmi araşdırmalar və mərkəzin fəaliyyəti haqqında məlumat verib.
Belə ki, beynəlxalq əhəmiyyətli mərkəzdə dünyanın müxtəlif ölkələrindən olan tanınmış alimlər bir araya gələrək müxtəlif elm sahələrində tədqiqatlar aparır və onların elmi məqalələri nəşr edilir. Baş tutan hesabatda tədqiqat qruplarının məruzələri dinlənilib, növbəti layihələr və elmi tədqiqat işlərinin müzakirələri aparılıb.