Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Qərbi Kaspi Universitetinin müəlliminin yeni dərs vəsaiti nəşr olunub

Qərbi Kaspi Universitetinin müəlliminin yeni dərs vəsaiti nəşr olunub

Qərbi Kaspi Universitetinin siyasi elmlər və beynəlxalq münasibətlər fakültəsinin müəllimi Adıgözəl Məmmədovun beynəlxalq münasibətlər üzrə təhsil alan ali məktəb tələbələri üçün ingilis dilində “Psychogeopolitics (Impact of the psychological state of political leaders on international relationships)” (Siyasi liderlərin psixoloji statuslarının beynəlxalq münasibətlərə təsiri) adlı dərs vəsaiti çapdan çıxıb.

 

AZƏRTAC xəbər verir ki, kitabda əsasən Avrasiya coğrafiyasının psixogeosiyasətindən bəhs edilir. Adıgözəl Məmmədov bu istiqamətdə mütəxəssis-analitik, dünya üzrə geniş tanınan nüfuzlu alimlərdəndir. Onun uzun illər psixoportretologiya, mental portretologiya və psixogeosiyasət sahələri üzrə apardığı tədqiqatlar ciddi mənbə kimi qəbul olunur. Müəllifin psixogeosiyasət və onun komponentləri, o cümlədən politologiya, xalqların psixologiyası və siyasi liderlərin psixi və psixoloji statusu ilə bağlı dərin araşdırmaları mürəkkəb geosiyasi məsələlərin və ssenarilərin təhlili, şərh edilməsi üçün metodologiyaları əhatə edir. Onun tədqiqatları xüsusən tanınmış beyin mərkəzləri tərəfindən ciddi surətdə izlənilməkdədir.

 

Əsas etibarilə dünyanın aparıcı universitetləri üçün nəzərdə tutulan bu dərs vəsaiti Avrasiya coğrafiyasının cari geosiyasi tendensiyaları və milli xarakterlərin beynəlxalq münasibətlərə təsiri də daxil olmaqla geniş mövzuları əhatə edir. Beynəlxalq münasibətlərdə psixogeosiyasət həyati əhəmiyyətli və sürətlə inkişaf edən coğrafi, əqli, siyasi və digər amillərin qarşılıqlı əlaqəsini təhlil edir ki, bu da təhlilin nəticələrindən asılı olaraq xarici siyasətin formalaşdırılmasında istifadəyə yönəlmiş tədqiqat sahəsidir.