Universitetimizin nümayəndəsi “Clarivate” və "Scopus" şirkətləri ilə görüşdə iştirak edib
Qərbi Kaspi Universiteti Elmi Kitabxanasının müdiri Nigar Babayeva Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı və “Clarivate” və "Scopus" şirkətlərinin nümayəndələrinin iştirakı ilə akademik kitabxanaların elmin inkişafında rolu ilə bağlı görüşə qatılıb.
Müzakirələrdə kitabxanaların cari vəziyyəti, elmi və akademik resurslara çıxış imkanları, fakültələr, tədqiqatçılar və tələbələrlə iş barədə fikir mübadiləsi aparılıb. Görüşdə müzakirə olunan problemləri və imkanları əhatə edən və kitabxanaların fəaliyyətini daha da təkmilləşdirəcək yol xəritəsinin hazırlanması hədəf olaraq müəyyən edilib.