Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Qərbi Kaspi Universitetinin tələbələri təlimdə iştirak edib

Qərbi Kaspi Universitetinin tələbələri təlimdə iştirak edib

“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin dəstəyi ilə fəaliyyət göstərən “Elm və İnnovasiya” proqramının üzvləri olan Qərbi Kaspi Universitetinin Yüksək texnologiyalar və innovativ mühəndislik məktəbinin bir qrup bioloq tələbələri “Afgen” Genetik Diaqnoz Mərkəzində tibbi sitogenetika üzrə təlimdə iştirak edib.

 

Təlim zamanı genetik diaqnostikada ən son yeniliklər, xromosomların düzülüşü, xromosom xəstəlikləri və anomaliyaları kimi mövzularda ətraflı məlumatlar əldə edilib. Həmçinin tələbələrimiz xromosom trisomiyaları, delesiyaları, translokasiyalarının mikroskopik tədqiqi üzrə təcrübi biliklərə də yiyələniblər.