Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

“Softcomputinq texnologiyalarında qeyri-səlis çoxluqlar və məntiq” mövzusunda vebinar keçirildi

Qərbi Kaspi Universitetində Lütfi Zadənin anadan olmasının 100 illiyi münasibəti ilə Softcomputinq  texnologiyalarında qeyri-səlis çoxluqlar və məntiq” mövzusunda vebinar keçirildi.

Qərbi Kaspi Universitetinin İT kafedrasınnın təşkil etdiyi vebinarda modelləşdirmə məsələlərinin mərhələlərinin müasir vəziyyətlərinin müqayisəli analizinə, eyni zamanda biliklərin təsviri və emalının modelləşdirmədə rolu nəzərdən keçirildi. İnformasiya texnologiyalarının sürətli inkişafı  rəqəmsallaşdırma proseslərinin həyatın bütün sahələrində yer almasına imkan verir, məhz buna görə də günümüzdəki ünsiyyət tətbiq etmələrinin bu istiqamətdə dəyişdiyi aydındır.

Vebinarda müəllimlər, müxtəlif universitetlərdən dəvət almış tədqiqatçılar, doktorant, magistr və tələbələr iştirak etdilər.