Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • "Sosial sahibkarlığın və müəssisələrin təşkilinin gənclər arasında təbliği üzrə təşəbbüslər" adlı layihə çərçivəsində tələbələr üçün təlim keçirilib

"Sosial sahibkarlığın və müəssisələrin təşkilinin gənclər arasında təbliği üzrə təşəbbüslər" adlı layihə çərçivəsində tələbələr üçün təlim keçirilib

"Sosial sahibkarlığın və müəssisələrin təşkilinin gənclər arasında təbliği üzrə təşəbbüslər" adlı layihə çərçivəsində tələbələr üçün təlim keçirilib

Qərbi Kaspi Universitetində "Memarlıq, İnşaat və Dizayn” İctimai Birliyinin (MİDİB) icra etdiyi "Dövlət, Universitet və QHT əməkdaşlığı” çərçivəsində "Sosial sahibkarlığın və müəssisələrin təşkilinin gənclər arasında təbliği üzrə təşəbbüslər" adlı layihə çərçivəsində tələbələr üçün təlim keçirilib.
Qeyd edək ki, layihə 1 sentyabr 2022-ci il tarixindən başlayıb və üç ay ərzində davam edəcək. Layihə çərçivəsində 3 şəhərdə (Bakı ş., Xırdalan ş. və Sumqayıt ş.) 30 nəfərlik 4 qrupdan ibarət 120 nəfər gənc üçün bir günlük "Sosial sahibkarlığın və müəssisələrin təşkili” adlı praktiki təlim və 19 noyabr 2022-ci il tarixində layihənin yekununa həsr olunmuş sərgi-konfrans təşkil olunacaq.
Layihə çərçivəsində təlimlər zamanı tələbələrin qazandıqları bilk və təcrübələr hesabına öz layihə və ya uğurlu nəticələrini tədbir iştirakçılarına və qonaqlara təqdim edəcəklər. Ən uğurlu layihə(lər)nin maliyyələşdirilməsi üçün dövlətin uyğun investisiya və ya qrant proqramlarına tövsiyə edilməsi və maliyyələşməsi üçün MİDİB təşkilatının layihə işçi qrupu dəstək olacaq.