Universitetimizdə Vətən Müharibəsinə həsr olunmuş sərgi keçirilib
Qərbi Kaspi Universitetinin Dizayn Məktəbində Vətən Müharibəsindəki qələbəyə həsr olunmuş sənət sərgisi keçirilib. Tədbirdə tələbələrin hazırladığı yaradıcı işlər sərgilənib.
Sərgi zamanı həm Vətən müharibəsinin qəhrəmanlıq tarixini əks etdirən əsərlər nümayiş etdirilib, həm də gənc dizaynerlərin yaradıcılıq potensialı dəyərləndirilib. Tədbirin sonunda sərgidə iştirak edən tələbələr sertifikatlarla təltif olunub.