Universitetimizin tələbələri “Dayanıqlı inkişaf naminə qızların səlahiyyətləndirilməsi” mövzusunda tədbirə qatılıb
Qərbi Kaspi Universitetinin tələbələri “Dayanıqlı inkişaf naminə qızların səlahiyyətləndirilməsi” mövzusunda tədbirdə iştirak ediblər. BMT-nin Əhali Fondu və "Trendyol Group"un birgə təşkilatçılığı ilə həyata keçirilən tədbir qızların təhsil, texnologiya və gender bərabərliyi vasitəsilə səlahiyyətləndirilməsi mövzusuna həsr olunub.
Tədbir ölkənin müxtəlif bölgələrindən olan 100-ə yaxın gənc qızın bir araya gətirilməsi ilə onların davamlı inkişafa necə töhfə verəcəyinə dair şəbəkələşmə, həvəsləndirmə və fikir mübadiləsi üçün çox əhəmiyyətli rol oynayıb.
Yüksək texnologiyalar və innovativ mühəndislik fakültəsinin Ekologiya və Biologiya ixtisasında təhsil alan tələbələr - İsgəndərli Nurgün, Əliyeva Ləman, Nəsibova Elnarə, Almasova Mehin, Feyziyeva Məryəm, Musayeva Gövhər, Mehdiyeva Sevil və Kərimli Minarə tədbirdə iştirak edib.