İctimai elmlər məktəbi

Nurlan Nəsirov
t.ü.f.d, Tarix kafedra müdiri
Antik tarix, Qədim Şərq tarixi, Orta əsrlər tarixi, Yaxın və Orta Şərq ölkələri tarixi, Mənbəşünaslıq, Azərbaycan tarixi
+994 12 565 39 77
nurlan.pasha@wcu.edu.az
Tarix və fəlsəfə kafedrasının müdir müavini
Akademik fəaliyyətinin istiqamətləri:
- Azərbaycan tarixi (qədim və orta əsrlər dövrü)
- Orta əsrlər tarixi
- Yaxın və Orta Şərq ölkələrinin orta əsrlər tarixi
- Qədim Şərq tarixi
- Antik tarix
- Mənbəşünaslıq və tarixşünaslıq
Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar:
Nəsirov Nurlan Paşa oğlu 1989-cu il avqustun 6-da anadan olmuşdur. 2007-2011-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır. 2011-12-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 2012-14-cü illərdə Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasında magistr təhsili almışdır. 2015-2018-ci illərdə Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının fəlsəfə doktoru proqramı üzrə əyani doktorantı olmuşdur. 2019-cu ildə “Hülakülər dövlətinin sosial-iqtisadi və siyasi tarixi (ingilisdilli tarixşünaslıq əsasında)” adlı dissertasiya işini müdafiə etmişdir. 2014-19-cu illərdə Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasında müəllim işləmişdir. Hazırda Qərbi Kaspi Universitetində Tarix və fəlsəfə kafedrasının müdir müavini vəzifəsində fəaliyyətini davam etdirməkdədir.
Elmi nəşrlər:
- Supreme Power in the İlkhanate state (on the basis of English - language works). Сборник научных работ «Гилея: научный вестник». Выпуск 111(8). Киев, 201 pp. 136-137
- Qazan xanın dini islahatı (ingilisdilli tarixşünaslıq üzrə). Bakı Universitetinin Xəbərləri. Humanitar elmlər seriyası. Bakı, 2015, №4. səh. 127-133
- Elxani hökmdarı Sultan Əhməd Təküdər xanın daxili və xarici siyasəti (İngilisdilli tarixşünaslıq əsasında). AMEA Tarix institutu.Elmi əsərləri. Cild – 59. Bakı. 2016. s.13-23
- Elxani hökmdarı Keyxatu xanın kağız pul(çao) islahatı. Azərbaycan xalçaları, c 6, Bakı, 2016, № 18.səh.75-80
- Abaqa xan dövründə Elxani - Cağatay münasibətləri. Bakı Universitetinin Xəbərləri. Humanitar elmlər seriyası. Bakı, 2016, №1. səh. 153-159
- Elxan titulu haqqında qeydlər (ingilsdilli tarixşünaslıq əsasında). Doktorantların və gənc tədqiqatçıların XX respublika elmi konfransının materialları (toplu). I cild. Bakı, 2016. S.154-155
- Отношения Илъханидов и Великого Монгольского – Каганата. Третьих Всероссийский (с международным участием) историко-этнографические чтения посвященные памяти профессора Магомедова Расула Магомедовича. (Сборник) ч1. M, 2016. стр. 154-158
- Elxanilər dövlətində ali hakimiyyət (ingilisdilli tarixşünasliq üzrə). Gənc alimlərin I beynəlxalq elmi konfransı (toplu). I hissə. Gəncə, 2016, s.154-155
- Elxanilər dövlətində şəhərlər (ingilisdilli tarixşünaslıq əsasında). “Müstəqil Azərbaycanın 25 il ərzində keçdiyi tarixi yol” mövzusunda keçirilən elmi-praktik konfransın materialları. Bakı, 2016. Səh.176-178
- Elxanilər dövlətinin dini siyasəti (ingilisdilli tarixşünaslıq əsasında). Azərbaycanşünaslığın Aktual Problemləri VIII Beynəlxalq Elmi Konfrans. Bakı, 2017. səh. 178-179
- Moğolların Misir yürüşü. Ayn-Calut savaşı (ingilisdilli tarixşünaslıq əsasında), Gənc alimlərin II beynəlxalq elmi konfransı (toplu). I hissə. Gəncə, 2017, səh. 125
- Elxani ordusunda hərbi vəzifələr (ingilisdilli tarixşünaslıq üzrə). Bakı Universitetinin Xəbərləri. Humanitar elmlər seriyası. Bakı, 2019, №3.