Qərbi Kaspi Universiteti

“Tədris, öyrənmək və təhsil” mövzusunda Respublika elmi-praktik konfransı

“Tədris, öyrənmək və təhsil” mövzusunda Respublika elmi-praktik konfransı

Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə 05 may 2023-cü il tarixində Ümummilli lider Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş gənc tədqiqatçıların “Tədris, öyrənmək və təhsil” mövzusunda Respublika elmi-praktik konfransı keçiriləcək.

Konfrans aşağıdakı bölmələr üzrə aparılacaq:

  • Təbiət elmləri (biologiya və ekologiya)

  • İKT və mühəndislik (İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi, kompüter mühəndisliyi)

  • Sosial-humanitar elmlər (tarix, beynəlxalq münasibətlər, psixologiya, iqtisadiyyat, maliyyə, menecment, turizm, dizayn)

Konfransa tezislərin elektron qəbulu ən gec 27.04.2023-cü il tarixinədək aşağıdakı elektron poçta göndərilməlidir:

       E-mail: rscyr@wcu.edu.az
 

Konfransın dili və tələb olunan qaydalar:

Konfransa daha əvvəl başqa hər hansı bir yerdə nəşr və məruzə olunmamış orjinal tezislər göndərilməlidir.

Konfrans materialları Azərbaycan, Rus və ya İngilis dillərində yazılmalıdır. Mətn “Microsoft Word for Windows” redaktorunda Times New Roman (Az.latın) şriftilə (hərflərin ölçüsü-12, interval-1) yığılmalı, A4 formatlı standartla (210x297 mm) – soldan, sağdan, yuxarıdan, aşağıdan 2 sm olmaq şərti ilə 3 səhifədən çox olmamaq şərti ilə hazırlanmalıdır.

Mətnin əvvəlində bölmə göstərilir, bir sətir sonra sağdan tədqiqatçının soyadı, adı va atasının adı, onun altında hansı təhsil müssisəsinin magistrı olduğu, e-poçt ünvanı, telefon nömrəsi və növbəti sətirin mərkəzində isə konfrans materialının adı Böyük həriflərlə yazılmalıdır.

Tezisin giriş hissəsi onun mühüm hissəsidir. Bu hissədə müəlliflər tezisin mövzusunun aktuallığını və onun elmi baxımdan əhəmiyyətini izah edirlər. Tədqiqatın əsas məqsədi, tədqiqatın vəzifəsi, metodologiyası, məhdudiyyətləri və tədqiqat ilə bağlı əsas istinad olunan mənbələr haqqında məlumat da giriş hissəsində yer alır.

Konfrans materialında istifadə edilmiş elmi ədəbiyyata istinad və mənbələr bu qaydada göstərilməlidir:

Ədəbiyyat siyahısı mətnin sonunda rast gəlmə sırası ilə verilir.

Ədəbiyyət siyahısı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələbləri əsasında göstərilir.

Ədəbiyyat siyahısında son 5-10 ilin elmi məqalələrinə, monoqrafiyalarına üstünlük verilməlidır.

Konfrans materialının əvvəlində ingilis dilində xülasə verilir.

Məqalələrə görə müəlliflər məsuliyyət daşıyır.

Əlaqə üçün:

E-mail: rscyr@wcu.edu.az

Telefon: (012) 492-74-18

Ünvan: AZ 1001, Bakı, İstiqlaliyyət küçəsi, 31

 

KONFRANSIN BÖLMƏSİ    (Mütləq qeyd olunmalıdır)

TEZİSİN ADI (Qalın və böyük hərflərlə)

Müəllifin adı, soyadı və ata adı (kursiv yazı formasında)

Təşkilat, Ali təhsil müəssisəsi (kursiv yazı formasında)

Email: (kursiv yazı formasında)

 

Thesis Title

Author's name, surname and patronymic

Organization, Higher Education Institution

Abstract: In the range of 50-100 words

Keywords: minimum 3, maximum 5 words.

Qeyd:

  1. Məqalənin Azərbaycan və ya Rus dillərindən hər hansı birində yazılmışdırsa, İngilis dilində xülasə və açar sözlər qeyd olunmalıdır.

Nümünə

Bölmənin adı

Məmmədli Gülnarə Vahid qızı,

Qərbi Kaspi Universitetinin  magistrı

e-mail

əlaqə nömrəsi

RİYAZİ TEOREMLƏRİN İSBATINDA SAHƏLƏR METODU BİR VASİTƏ KİMİ

Xülasə

.....................................

........................

Açar sözlər:

 

Giriş.

.....................

..............

Əsas mətn.

.........................................

..........................................................

...................................................

Nəticə

........................................... .

.......................................................................................................................

.....................................................................................................................

 

Ədəbiyyat siyahısı: