Xarici tələbələr üçün qəbul qaydaları
Qərbi Kaspi Universitetində əcnəbi vətəndaşların tələbə qəbulu portal.edu.az saytında qeydiyyat keçib, müvafiq ixtisas üzrə müraciət etməklə həyata keçirilir.
https://studyinazerbaijan.edu.az/
Namizədlər https://portal.edu.az saytında qeydiyyatdan keçməli, tələb olunan sənədləri yükləməli və Qərbi Kaspi Universitetinə müraciət etməlidirlər. Müraciət təqdim edildikdən sonra qəbul komissiyası ilə onlayn müsahibə keçirilir. Təhsil haqqı tam şəkildə, Azərbaycana gəlməzdən əvvəl ödənilməlidir.
Qeydiyyatdan keçmək və müraciət göndərmək üçün bu video ilə tanış ola bilərsiniz: https://youtu.be/4Cmf5oLCZMY?feature=shared
Aşağıda tələb olunan sənədlərin siyahısını təqdim edirik:
- Xarici passportun surəti (pasportun etibarlılıq müddəti aşağıda göstəriləndən bir ildən az olmamalıdır)
- 2 ədəd 3x4 foto şəkil (qırmızı fonda)
- Əvvəlki təhsil səviyyəsində keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən və müvafiq qaydada leqallaşdırılmış (apostil) təhsil haqqında sənəd və transkript
- Sertifikatlar (əgər varsa);
- etibarlı sərhəd keçmə sənədi;
- Tibbi, o cümlədən QİÇS,Hepatit B və C viruslarının daşıyısı olmaması haqqında arayış;
Qeyd: Ancaq bakalavr dərəcəsi diplomu olanalar məzun qəbulu üçün leqallaşdırılma prosessini keçməlidirlər (zəhmət olmasa, Azərbaycan Respublikası Təhsil Nazirliyinin leqallaşdırılma/nostrifikasiyası tələbləri ilə tanış olun tkta.edu.az);
Qeyd edilən bütün sənədlərin skan olunmuş surətlərini aşağıdakı elektron ünvanına göndərməyiniz xahiş olunur.
Əlaqə:
Qərbi Kaspi Universiteti
Beynəlxalq Əlaqələr Şöbəsi
İstiqlaliyyət 31, Bakı, AZ1001
Telefon: +994 12 492 74 18 (+ daxili 116)
Mobile: +99 450 263 63 74
Faks: +994 12 492 67 01
Email: admission@wcu.edu.az
Əcnəbi vətəndaşların olduğu yer üzrə qeydiyyatı
* Azərbaycan Respublikasında 15 gündən artıq (Qazaxıstan Respublikasının vətəndaşları 30 gündən artıq) müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.
* Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduğu yeri dəyişdikdə, o, yeni olduğu yerə gəldiyi vaxtdan 5 iş günü ərzində Miqrasiya Məcəlləsinin 21.2–21.5-ci maddələrində nəzərdə tutulmuş qaydada yeni olduğu yer üzrə qeydiyyata alınmalıdır. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs qeydiyyata alındığı mənzilin (yaşayış sahəsinin) sahibinə məxsus digər mənzildə (yaşayış sahəsində) müvəqqəti qaldıqda, onun olduğu yer üzrə yenidən qeydiyyata alınması tələb olunmur.
* Qeydiyyat üçün əcnəbi ölkəyə gəldiyi vaxtdan 15 gün ərzində (Qazaxıstan Respublikasının vətəndaşları 30 gün ərzində)elektron qaydada Dövlət Miqrasiya Xidmətinin rəsmi saytının elektron xidmətləri və elektron poçt (qeydiyyat@migration.gov.az ) vasitəsilə və ya şəxsən regional miqrasiya idarələrinə, yaxud "ASAN xidmət" mərkəzlərinə müraciət edilməlidir.
* Tələb olunan sənədlər:
- ərizə anket;
- əcnəbinin pasportunun (digər sərhədkeçmə sənədinin) surəti (viza səhifəsi və ölkəyə son girişi göstərilmiş səhifələr daxil olmaqla).
* Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir.
“ASAN Viza” sistemi üzərindən qeyri-iş və bayram günlərindən asılı olmayaraq 3 saat ərzində sürətləndirilmiş viza rəsmiləşdirilməsi imkanı təmin edilmişdir. Bu xüsusda, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər evisa.gov.az/az/ internet səhifəsinə daxil olduqda, ətraflı məlumatı alaraq, elektron viza üçün müraciət edə bilərlər. Elektron viza yalnız siyahıda qeyd olunan ölkələrin vətəndaşlarına rəsmiləşdirilir.
Elektron viza veriləcək ölkələrin siyahısı.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin alınması (müddətinin uzadılması) üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- nümunəsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş ərizə-anket;
- pasportun və ya digər sərhədkeçmə sənədinin surəti (pasportun və ya digər sənədin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan müvəqqəti yaşama icazəsinin müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır);
- doğum haqqında şəhadətnamənin və ya ona bərabər tutulan digər sənədin notariat qaydasında təsdiq olunmuş surəti (pasportu olmayan 18 yaşına çatmayan şəxslər üçün);
- Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 45.1.1-ci və 45.1.5-ci maddələrində göstərilən əsaslarla əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı həmin maddələrdə nəzərdə tutulmuş ailə üzvünün və ya yaxın qohumun notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsi;
- müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olmaması haqqında arayış (insanın immunçatışmazlığı virusu infeksiyası, B və C hepatitləri təhlükəli yoluxucu xəstəlikləri);
- Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama hüququ verən sənədin surəti;
- 3,5x4,5 sm ölçüdə iki ədəd fotoşəkil;
- qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə (kirayə müqaviləsi və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd);
- əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin ərizəsi (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla);
- əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin şəxsiyyətini təsdiq edən sənədinin surəti (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla);
- dövlət rüsumunun ödənilməsi barədə sənəd;
Dövlət rüsumunun ödənilməsi barədə sənəd Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə təqdim edildiyi zaman verilir. Miqrasiya Məcəlləsinin 47.5-ci maddəsində nəzərdə tutulan müddətin sonuncu günündən 30 gün ərzində dövlət rüsumu ödənilmədikdə, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti müvəqqəti yaşama icazəsini ləğv edir.