Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

iqtisadiyyat və Biznes Məktəbinin kafedralarının video konfrans şəklində iclası keçirilib

Qərbi Kaspi Universitetinin İqtisadiyyat və Biznes Məktəbinin kafedralarının video konfrans şəklində iclası keçirilib.

İclasda onlayn sistemdə tədris olunan dərslərin keyfiyyətini yüksəltmək, kollokviumların təşkili, imtahanlara hazırlıq səviyyəsini artırmaqla bağlı müzakirələr aparılıb.

Eyni zamanda, universitetimizin geniş beynəlxalq əlaqələri sayəsində yaranmış imkanlardan istifadə edərək tələbələrin və müəllimlərin çoxsaylı elmi konfranslarda, elmi müsabiqələrdə iştitrakına nail olmaq istiqamətində mümkün addımlar da nəzərdən keçirilib.