Amerikan tələbələrin iştirakı ilə təşkil olunan Yay Məktəbi sona çatıb
Qərbi Kaspi Universitetində ABŞ-ın Mərkəzi Florida Universiteti ilə birgə amerikalı tələbələrin iştirak etdiyi Yay Məktəbi sona çatıb və tələbələrə sertifikatlar təqdim olunub.
Xatırladaq ki, layihə çərçivəsində ABŞ-dan olan 9 tələbə ölkənin bir sıra muzey və mədəniyyət mərkəzlərinə ekskursiyalar daxil olmaqla, Azərbaycan, rus dili və ədəbiyyatı, eləcə də tarixi və mədəniyyətləri ilə bağlı dərslərə, təlimlərə, ekskursiyalara, ayrı-ayrı mütəxəssislərin iştirakı ilə praktik işlərə qatılıblar . Layihə 3 həftə davam edib.










