Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Qərbi Kaspi Universitetinin doktorantı Şıras Mahmudinin Xocalı soyqırımına həsr olunmuş məqaləsi dərc olunub

Qərbi Kaspi Universitetinin doktorantı Şıras Mahmudinin Xocalı soyqırımına həsr olunmuş məqaləsi dərc olunub

Şıras Mahmudi, məqaləsində Xocalı faciəsinin tarixi kontekstini və səbəblərini araşdıraraq, bu hadisənin Azərbaycan xalqına qarşı həyata keçirilmiş ən dəhşətli soyqırımlardan biri olduğunu vurğulayır.

Müəllif, məqaləsində Xocalı soyqırımının beynəlxalq hüquq müstəvisində tanınması və bu cinayəti törədənlərin məsuliyyətə cəlb olunması üçün görülən işlərə də toxunur. O, müxtəlif ölkələrin parlamentləri və beynəlxalq təşkilatların Xocalı faciəsini soyqırım kimi tanıyan qərarlarını və bəyanatlarını qeyd edərək, bu istiqamətdə aparılan diplomatik səylərin vacibliyini önə çəkir.