Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Beynəlxalq reytinq təşkilatı Yaxın Şərq ölkələrinin ən yaxşı ali təhsil ocaqları içərisinə Qərbi Kaspi Universitetini də daxil edib

Beynəlxalq reytinq təşkilatı Yaxın Şərq ölkələrinin ən yaxşı ali təhsil ocaqları içərisinə Qərbi Kaspi Universitetini də daxil edib

Beynəlxalq reytinq təşkilatı Yaxın Şərq ölkələrinin ən yaxşı ali təhsil ocaqları içərisinə Qərbi Kaspi Universitetini də daxil edib

Beynəlxalq reytinq təşkilatı Maliyyə ixtisası üzrə Yaxın Şərq ölkələrinin ən yaxşı ali təhsil ocaqları içərisinə Qərbi Kaspi Universitetini də daxil edib.
 
QS beynəxalq reytinq təşkilatı Biznes Magistr reytinqləri-2024 (Business Master’s Rankings) nəticələri barədə öz saytında məqalə yayımlayıb. Məqalədə reytinq barədə məlumat verilərək bildirilir ki, reytinqə ABŞ-dan 65, Böyük Britaniyadan 30 institut daxildir.
Məqalədə Yaxın Şərq ölkələrinin təhsil ocaqlarından bəhs edilərkən Qərbi Kaspi Universitetindən də bəhs edilir və qeyd olunur ki, QKU reyitinqdə 151+ universitet sırasındadır.
 
Qeyd edək ki, həmin reytinqdə Qərbi Kaspi Universiteti "University of South Florida", "Bologna University Business School", "University of Liverpool Management School", "Manchester Metropolitan University" kimi nüfuzlu ali təhsil ocaqları ilə eyni sırada yer alıb.
 
Xatırladaq ki, QS Maliyyə üzrə magistr proqramları reytinqi müxtəliflik (Diversity), məzun nəticələri (Graduate Outcomes), düşüncə liderliyi (Thought Leadership), məşğulluq (Employment) kimi indikatorlara əsaslanır.