Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

BMT nümayəndəsi tələbələrə seminar keçib

BMT nümayəndəsi tələbələrə seminar keçib

Qərbi Kaspi Universitetində BMT-nin Azərbaycanda fəaliyyət göstərən ofisinin milli informasiya katibi Rəşad Hüseynovun "BMT-Azərbaycan əlaqələri" mövzusunda elmi-interaktiv seminarı təşkil olunub.
Seminarda BMT-Azərbaycan əlaqələri, BMT-nin dünya nizamında yeri, Ukrayna-Rusiya müharibəsində BMT-nin özünəməxsus rolu kimi məsələlər nəzərdən keçirilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.