Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

DAAD-ın regional meneceri ilə görüş keçirilib

Qərbi Kaspi Universitetində DAAD-ın regional meneceri Gebhahrd Reul ilə görüş keçirilib. Görüşdə təhsilin müxtəlif səviyyələrində və elmi tədqiqat sahələrində əməkdaşlıq əlaqələri müzakirə olunub.

Əməkdaşlıq çərçivəsində Qərbi Kaspi Universitetində yay məktəblərinin təşkili, tələbələrin DAAD-ın proqramlarında, eləcə də alman tələbələrin Azərbaycan və rus dil kurslarında iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, DAAD tələbələrə Almaniyada təqaüdlü təhsil almaq imkanı yaradan akademik mübadilə proqramıdır. Həmçinin DAAD alman ali məktəblərinin və tələbələrin birliyi kimi tanınan qurumdur.