Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

DAAD-ın Tiflis regional ofisinin rəhbəri Qərbi Kaspi Universitetində səfərdə olub.

Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Tiflis Regional Ofisinin rəhbəri cənab Gebhard Reul və DAAD-ın Azərbaycandakı müşaviri Sevar Karayeva Qərbi Kaspi Universitetinin qonağı olublar. Səfər çərçivəsində Universitet rəhbərliyi ilə keçirilən görüşdə DAAD-ın Azərbaycanda həyata keçirdiyi fəaliyyətlər, alman universitetləri ilə əməkdaşlıq imkanları və tələbələr üçün təqaüd proqramları barədə geniş müzakirələr aparılıb.

Qonaqlar, həmçinin universitetin tələbələri ilə də görüşərək, DAAD tərəfindən təqdim olunan təhsil imkanları, tələbə mübadilə proqramları və Almaniyada ali təhsil perspektivləri barədə ətraflı məlumat

veriblər. Görüş qarşılıqlı maraq doğuran sual-cavab sessiyası ilə davam edib.

Universitet rəhbərliyi DAAD nümayəndələrinin səfərini yüksək qiymətləndirərək, gələcəkdə daha sıx əməkdaşlıq üçün birgə təşəbbüslərin reallaşdırılması istiqamətində razılığa gəliblər.