Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • “Dağçılıq klubu”nun üzvləri Beynəlxalq Dırmanma və Dağçılıq Federasiyasının vebinarında iştirak ediblər

“Dağçılıq klubu”nun üzvləri Beynəlxalq Dırmanma və Dağçılıq Federasiyasının vebinarında iştirak ediblər

“Dağçılıq klubu”nun üzvləri Beynəlxalq Dırmanma və Dağçılıq Federasiyasının vebinarında iştirak ediblər

Qərbi Kaspi Universiteti “Dağçılıq klubu”nun üzvləri Beynəlxalq Dırmanma və Dağçılıq Federasiyası (UIAA) tərəfindən təşkil edilən Dağ Şəbəkəsi Seriyasının vebinarında iştirak ediblər.

Belli Pik Autluk Fondunun dəstəyi ilə təşkil edilən vebinar 11 dekabr – Beynəlxalq Dağlar Gününə həsr olunan silsilə tədbirlərin bir hissəsidir. Tədbirdə 2020-2021-ci illər üçün Dağ Mühafizə Mükafatının (DMM) qalibləri elan ediliblər.

Qeyd edək ki, 2020-2021 Dağ Mühafizə Mükafatının təqdim edilməsi çərçivəsində 30-dan çox ölkədə və 6 qitədə fəaliyyət göstərən 24 layihə nümayiş olunub. Bu layihələr təbiətin çirklənməsi və iqlim dəyişikləri ilə mübarizə aparmaq üçün dayanıqlı milli parkların yaradılması, çirkli ərazilərin təmizlənməsi və alpinizmlə məşğul olan qadınların sayının artırılmasına yönəlib.