Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Elmi Kitabxana Mərkəzi "Süni intellekt"  seminarlarını davam etdirir.

Elmi Kitabxana Mərkəzində bakalavr, magistr və doktorant tələbələr üçün "Süni intellekt alətləri və onların tədqiqat və yazı prosesində düzgün və effektiv istifadəsi" mövzusunda keçirdiyi seminarlarda gənc tədqiqatçılara süni intellektin imkanları, "prompt" yaratmağın xüsusi texnikaları barədə ətraflı məlumat verilib. Seminarlarda akademik yazıda habelə informasiya axtarışı və təhlilində effektiv və düzgün tətbiq üsulları və ən əsası universitetin süni intellektdən istifadə qaydalarına və siyasətinə zidd olmaması, akademik şəffaflıq prinsipləri, plagiatlığa qarşı mühüm tədbirlər və digər məsələlərin müzakirəsi aparılıb.