Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Elmi Kitabxana Mərkəzi tələbələrə tədqiqat konsultasiyaları keçirməyə davam edir

Elmi Kitabxana Mərkəzi tədqiqat işi üzərində işləyən bakalavr və magistr tələbələri üçün müxtəlif elmi mövzularda fərdi və qrup şəklində kitabxana konsultasiyaları keçirir. Tədris ili ərzində xüsusilə tələbə sorğuları əsasında mütəmadi təşkil edilən konsultasiyalarda tələbələrə araşdırma zamanı etibarlı informasiya mənbələrinin düzgün seçilməsi və tənqidi qiymətləndirilməsi, habelə elmi ədəbiyyatla işləmə mexanizmi öyrədilir. Konsultasiyalarda gənc tədqiqatçılar yazı işində akademik dürüstlük nəzərə alınmaqla süni intellekt alətlərindən düzgün və effektiv istifadə metodları, plagiatlığa qarşı mühüm məsələlər barədə təlimatlandırılır. Kitabxananın abunə olduğu elmi məlumat bazaları üzərindən tələbələrlə spesifik mövzular üzrə müzakirələr aparılır və ətraflı axtarış texnikaları izah olunur. Konsultasiyalara yazılmaq üçün kitabxananın library@wcu.edu.az elektron poçtu vasitəsilə müraciət etmək olar.