Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Elmi Kitabxana "Süni İntellekt" mövzusunda seminarlar seriyası təqdim edir

Qərbi Kaspi Universitetinin Elmi Kitabxana Mərkəzi tələbələrin bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində növbəti tədbirlər planını təqdim edir. Bakalavr, magistr və doktorant tələbələr üçün "Süni intellekt alətləri və onların tədqiqat və yazı prosesində düzgün və effektiv istifadəsi" mövzusunda keçiriləcək seminarlar seriyası bir neçə mərhələdən ibarətdir. Fərdi və qrup şəklində tədqiqat konsultasiyalarının daha geniş auditoriya əhatəsinə malik olması üçün seminarlar silsilə formada həftədə bir neçə dəfə keçirilməsi, həm müəyyən nəzəri, həm də praktiki məşğələləri özündə əks etdirməsi nəzərdə tutulur.

Seminarların əsas məqsədi gənc tədqiqatçılara süni intellektin imkanları, çətinlikləri və onların akademik yazı, habelə informasiya tələbatında effektiv və düzgün tətbiqi yolları, bu zaman universitetin tədrisə dair daxili qaydalarına və siyasətinə zidd olmaması, plagiat, müəlliflik hüquqları və digər mühüm məsələlərin müzakirəsini nəzərdə tutur.