Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Əmək Bazarı ilə Körpü: Qərbi Kaspi Universitetində Əmək Yarmarkası keçirildi.

Qərbi Kaspi Universitetində tələbə və məzunların karyera imkanlarını genişləndirmək məqsədilə Əmək Yarmarkası təşkil olundu. Tədbirdə ölkənin müxtəlif sektorlarını təmsil edən 30-dan artıq tanınmış şirkət iştirak etdi. Onlar tələbə və məzunlara hazırkı vakansiyalar, təcrübə proqramları və işə qəbul prosedurları haqqında ətraflı məlumat verdilər.

Yarmarka tələbələr və gənc mütəxəssislər üçün real iş dünyası ilə birbaşa təmas qurmaq baxımından əvəzsiz fürsət oldu. Məzunlar və son kurs tələbələri işəgötürənlərlə fərdi şəkildə tanış olaraq, maraqlandıqları sahələr üzrə karyera perspektivlərini müzakirə etdilər

Tədbirin əsas məqsədi tələbələrin peşə yönümünü dəstəkləmək, onları əmək bazarının tələbləri ilə tanış etmək və universitetlə iş dünyası arasında davamlı əməkdaşlığa zəmin yaratmaq idi. Yarmarka iştirakçılar tərəfindən böyük maraqla qarşılandı və bir çox tələbə artıq ilkin işgüzar əlaqələr qurdu.

Bu cür tədbirlərin mütəmadi keçirilməsi Qərbi Kaspi Universitetinin gənclərin inkişafına və karyera quruculuğuna verdiyi önəmin bariz nümunəsidir.