Fransanın Monpelye Universitetinin Azərbaycanlı doktorantının onlayn elmi seminarı keçirilib
Fransanın Monpelye Universitetinin Azərbaycanlı doktorantı Çilənay Ələkbərovanın onlayn elmi seminar keçirilib.
“Xərçəng xəstəliyinin immunoterapiyasında T Hüceyrə Reseptoru (TcR) repertuar analizinin rolu” mövzusunda keçirilən seminarda Qərbi Kaspi Universitetinin Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbinin müəllimləri, magistrantları, eləcə də Azərbaycanın və Türkiyə universitetlərinin magistrant və doktorantları iştirak edirdi. Seminardan sonra Ç.Ələkbərova maraq doğuran çoxsaylı sualları cavablandırdırdı.
Qeyd edək ki, doktorant Ç.Ələkbərova “2023-2027-ci illər üçün Azərbaycan Respublikasında Ali Təhsil Sisteminin Beynəlxalq Rəqabətliliyinin Artırılması Üzrə Xaricdə Doktorantura Təhsili” proqramı çərçivəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Qərbi Kaspi Universiteti ilə üçtərəfli müqavilə əsasında Fransanın "Monpelye" Universitetinin İnsan Genetikası İnstitutunda doktorantura pilləsi üzrə təhsilini davam etdirir.