Gənclər Gününə həsr olunmuş mini futbol üzrə daxili turnir keçirilib
Qərbi Kaspi Universitetində Gənclər Gününə həsr olunmuş mini futbol üzrə daxili turnir keçirilib.
Turnirdə ümumilikdə 6 komanda iştirak edib. Gərgin və maraqlı mübarizə şəraitində keçən qarşılaşmalardan sonra turnirin mükafatçıları müəyyənləşib. "İtaly" komandası birinci, "Lions" komandası ikinci, "Scorpions" komandası isə üçüncü yerə layiq görülüb.





