Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

İmtahanlarla bağlı "Açıq Qapı"

İmtahanlarla bağlı "Açıq Qapı"

Qərbi Kaspi Universitetində qış imtahan sessiyası ilə bağlı "Açıq Qapı" Günü keçirilib.
Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Müşfiq Məmmədli, Milli QHT Forumunun Prezidenti Rauf Zeyni, "Bakupost.az" saytının baş redaktoru Elçin Zahiroğlu və "Yenilik.az" saytının baş redaktoru Xanlar Xoca imtahanların gedişini izləyiblər.
Qonaqlar eyni zamanda universitetin yeni qurulan bəzi laboratoriyalarına baxış keçirib, universitetdaxili şahmat turnirinin oyunlarını izləyib, Dizayn və Memarlıq Məktəbinin tələbələrinin Baxış İmtahanlarında təqdim etdikləri işlərlə tanış olublar.