İndiana Universitetinin professoru Stiven Handli Qərbi Kaspi Universitetində beynəlxalq layihələrlə tanış olub.
İndiana Universitetinin professoru Stiven Handli Qərbi Kaspi Universitetində beynəlxalq layihələrlə tanış olub.
Qərbi Kaspi Universitetində ABŞ-ın İndiana Universitetinin tanınmış professoru Stiven Handli universitetin həyata keçirdiyi beynəlxalq layihələrlə yaxından tanış olub.
Universitetin müəllim və tələbələri professor Handliyə müxtəlif istiqamətlərdə iştirak etdikləri beynəlxalq proqramlar, elmi-tədqiqat layihələri və akademik əməkdaşlıq təşəbbüsləri barədə ətraflı məlumat veriblər. Onlar tələbələrin xaricdə təhsil imkanları, beynəlxalq mübadilə proqramlarında iştirakı və birgə tədqiqat layihələri kimi mövzulara toxunublar.
Professor Handli Qərbi Kaspi Universitetinin beynəlxalq fəaliyyətini yüksək qiymətləndirib və universitetin qlobal elmi-əməkdaşlıq potensialının daha da inkişaf etdirilməsi üçün fikir mübadiləsi aparılıb. Görüş zamanı gələcəkdə iki universitet arasında mümkün əməkdaşlıq istiqamətləri də müzakirə olunub.
Bu cür qarşılıqlı görüşlər, universitetin beynəlxalq arenada mövqeyinin möhkəmlənməsinə və tələbə-müəllim heyətinin qlobal elmi ictimaiyyətlə inteqrasiyasına töhfə verir.

















