Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Komandamız bürünc medal qazanıb

Komandamız bürünc medal qazanıb

Qərbi Kaspi Universitetin “AgoraTech” komandası "SAF-2023"-də üçüncü yerə layiq görülüb.
Qeyd edək ki, komandamızın qatıldığı Hackaton kateqoriyasında final mərhələsində yerli və bir sıra xarici ölkələrdən olmaqla 18 komanda yarışıb.
Bürünc medal qazanan komandamızın üzvlərini təqdim edirik:
"Kompüter mühəndisliyi" ixtisasının 3-cü kurs tələbələri:
Azər Dadaşev
Ayxan Əsgərli
Mehdi İsrafilov
Miryusif Babayev
***
SAF 2023 ümumilikdə 14 yarış və 1 sərgi kateqoriyası üzrə keçirilib. Festivalın final mərhələsində 11 ölkəni təmsil edən 868 yerli, 159 xarici iştirakçı yarışıb. Əcnəbi iştirakçılar Türkiyə, Niderland, Çex Respublikası, Bolqarıstan, Böyük Britaniya, Qazaxıstan, Norveç, Slovakiya, Türkmənistan və Özbəkistanı təmsil ediblər.