Magistratura və doktorantura şöbəsində təlim keçirilib
Qərbi Kaspi Universitetinin İqtisadiyyat, Kommersiya və Turizm ixtisasları üzrə təhsil alan magistrantlarına Rəqəmsal marketinq fənni çərçivəsində "Code Academy"nin Digital marketinq üzrə əməkdaşı Rəşad Nəzərli "Google Analytics rəqəmsal marketinqdə vacib uğur aləti kimi" mövzusunda təlim keçib.
İnteraktiv şəkildə keçirilən təlimdən sonra magistrantların sualları cavablandırılıb.
Qeyd edək ki, təlimçi Rəşad Nəzərli CİBPay fintex startapının həmtəsisçisi və biznesin inkişafı üzrə direktorudur, 22 ildən çox marketinq və 14 ildən çox digital marketinq sahəsində təcrübəsi var.