"Maliyyə bazarları və institutları" adlı dərsliyin doqquzuncu nəşri artıq kitabxanamızda!
Kolumbiya Universitetinin professoru F.Mişkin və Şərqi Karolina Universitetinin professoru S.İkinsin həmmüəllifliyi ilə çap edilmiş "Maliyyə bazarları və institutları" adlı dərsliyin doqquzuncu nəşrinin Azərbaycan dilində tərcüməsi işıq üzü görmüşdür.
Dərslik bugünkü maliyyə bazarları və institutlarının işinin öyrənilməsində tələbələrin nəzəri biliklər və onların real dünyadakı tətbiqi arasındakı əlaqəni anlamağa təşviq edir. Burada maliyyə bazarları və maliyyə institutlarının müasir vəziyyəti haqqında ən son tədqiqatlar və məlumatlar öz əksini tapır.
Kitab bu sahədə ixtisaslaşmış təhsil ocaqları, mütəxəssislər və tələbələr üçün nəzərdə tutulmuşdur.