Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Müəllim və tələbələrimiz beynəlxalq festivalda iştirak ediblər

Müəllim və tələbələrimiz beynəlxalq festivalda iştirak ediblər

Koreyanın Busan şəhərində “BUSAN” Beynəlxalq Festivalı keçirilib. Dünyanın 42 ölkəsindən 500-dən çox rəssamın iştirakı ilə baş tutan bu beynəlxalq sərgidə Azərbaycanı 10 rəssam təmsil edib. Onlardan yeddisi Qərbi Kaspi Universitetinin müəllim və tələbələridir.
Beynəlxalq sərgidə əsərlər canlı olaraq sərgilənib. Sərgidən sonra bəzi tələbə və müəllimlərimiz xüsusi sertifikatlarla təltif olunub. Müəllimlərimizdən – Dizayn və Memarlıq Məktəbinin dekanı Sevda Sadıqbəyova gümüş mükafata, müəllimimiz Leyla Əfəndiyeva Fərqlənmə sertifikatı, tələbələrimizdən Ruslan Quliyev Xüsusi mükafat, Vasif Rəhimov, Günay Qurbanova, Lalə Mustafayeva, Lalə Əliyeva Mükəmməllik sertifikatı ilə təltif olunublar.